13 il sonra kuboksuz ilk il

“Bavariya” çempionlar liqasının yarımfinal mərhələsinin cavab oyununda “Real Madrid”ə məğlub olub.

Allsport.az xəbər verir ki, Santyaqo Bernabeuda keçirilən görüş 2:1 hesabı ilə finala yüksələn madridlilərin (ilk oyun 2:2) xeyrinə başa çatıb.

“Bavariya” üçün bu mövsüm 2011/12 mövsümündən sonra kuboksuz ilk idi.

2023/24 mövsümündə Tomas Tuxelin komandası çempionluq uğrunda mübarizədə “Bayer-04”ə uduzub, 1/16 finalda Almaniya kubokundan kənarlaşdırılıb və Almaniya super kuboku uğrunda görüşdə məğlub olub.

Həmin kateqoriyadan