- Baxış sayı: 59
- 11 May 2026 15:09
- Baxış sayı: 33
- May 11, 2026
- 0

NBA, “Miluoki”nin oyunçusu Patrik Beverlini dəfələrlə azarkeşlərə top atdığı üçün dörd oyunluq cəzalandırıb.
Allsport.az xəbər verir ki, hadisə “İndiana” ilə pley-offun ilk raundunun 6-cı oyununda, oyunun bitməsinə 2:32 dəqiqə qalarkən baş verib. Beverli emosional şəkildə topu ehtiyat oyunçular skamyasının yanında oturan azarkeşə atsa da, dərhal üzr istəyib. Lakin onun yanında əyləşən şəxs topu futbolçuya qaytarıb, sonra isə o, yenidən bütün gücü ilə azarkeşlərin üzərinə atıb.