Droqba olimpiya məşəlinin estafetində iştirak edib

Olimpiya məşəli Parisdə olimpiya oyunlarının açılış mərasiminə 79 gün qalmış çərşənbə günü Marselə çatıb.

Allsport.az xəbər verir ki, 50 metr məsafəyə sərbəst üsulla üzmə üzrə 2012-ci il olimpiya çempionu Florent Manadou prezident Emmanuel Makronun iştirakı ilə əfsanəvi Belem gəmisindən məşəli yerə endirib.

Cümə axşamı olimpiya məşəlinin təhvil verilməsi mərasimi bir çox məşhur fransalıların iştirakı ilə davam edib. Cümə axşamı günü proqramı Stade Velodrome qarşısında kuboku alovlandıran “Marsel”in keçmiş hücumçusu Didye Droqba bağlayıb.

Həmin kateqoriyadan