Cüdoçularımız Kata turnirində

Azərbaycan cüdoçuları 11 mayda Polşanın Radom şəhərində keçiriləcək cüdo üzrə Avropa Kata turnirində iştirak edəcək.

Allsport.az xəbər verir ki, 10 ölkədən 104 idmançının iştirak edəcəyi yarışda Azərbaycan 6 idmançı ilə təmsil olunacaq. Cüdoçularımız turnirdə böyüklər arasında “Nage-no-Kata” və “Katame-no-Kata” üzrə fəndləri nümayiş etdirəcək.

Nage-no-Kata

Malik Alahverdiyev – tori (hücum edən idmançı)

Samir İsmayılov – uke (hücum edilən idmançı)

İsmayıl Rzayev – tori

İbrahim Aslanov – uke

Katame-no-Kata

Rafiq Nəcəfov – tori

Əmrah Əhmədov – uke

İdmançılarımıza uğurlar arzulayırıq!

Həmin kateqoriyadan