Xoselu ÇL tarixinə düşdü

“Real Madrid”in hücumçusu Xoselu çempionlar liqasının yarımfinalında əvəzedicidən meydana çıxdıqdan sonra tarixdə dubl edən üçüncü futbolçu olub.

Allsport.az xəbər verir ki, Madrid təmsilçisi yarımfinalın cavab oyununda evdə “Bavariya”nı 2:1 hesabı ilə məğlub edib. Xoselu 81-ci dəqiqədə meydana daxil olub, 88-də və 90+1-də fərqlənib.

Əvvəllər bunu yalnız “Liverpul”un yarımmüdafiəçisi Georginio Vaynaldum 2019-cu ildə “Barselona”ya qarşı (meydanda 45 dəqiqə), “Real”ın hücumçusu Rodriqo isə 2022-ci ildə “Mançester Siti”yə qarşı (52 dəqiqə) bacarıb.

Həmin kateqoriyadan