11 il sonra yenidən finalda

Dortmund “Borussiya”sı ÇL-in yarımfinalının cavab oyununda PSJ-ni məğlub edərək finala yüksəlib.

Allsport.az xəbər verir ki, “Park des Princes” stadionunda keçirilən görüş 1:0 hesabı ilə dortmundluların xeyrinə başa çatıb. Yeganə qolu 50-ci dəqiqədə Mats Hummels vurub. İlk oyun da 1:0 hesabı ilə “arılar”ın xeyrinə başa çatıb.

“Borussiya” tarixində 3-cü dəfə ÇL-in finalına yüksəlib. İlk dəfə bu, 1997-ci ildə olub: sonra Dortmund “Yuventus”u məğlub edərək (3:1) turnirin qalibi olub. 2013-cü ildə “qara-sarı”lar final görüşündə “Bavariya”ya uduzub (1:2).

Finalda Edin Terziçin komandası “Real” və ya “Bavariya” ilə qarşılaşacaq. 2023/24 mövsümündə çempionlar liqasının həlledici oyunu iyunun 1-də Londondakı “Uembli” stadionunda keçiriləcək.

Həmin kateqoriyadan