“Mən onu məhv etməyə çalışacağam”

Yüngül çəkidə UFC çempionu, rusiyalı İslam Mahaçev amerikalı Dastin Puare ilə döyüşünün keçiriləcəyi ssenarinin adını çəkib.

Allsport.az xəbər verir ki, bu barədə o, “MMA Junkie”yə açıqlama verib:

“Mübarizə başlayacaq və mən onu məhv etməyə çalışacağam. Dastin məni gilyotində tutmağa çalışacaq. Amma mən bundan özümü müdafiə edəcəyəm, bundan sonra onu vuracağam. Sonra o üz döndərəcək və mən də onu bitirəcəyəm.

Ümid edirəm ki, bir gün Dastin kiməsə qarşı gilyotin istifadə edə biləcək, amma o, mən olmayacağam”.

Həmin kateqoriyadan