Qurban Qurbanov U-17-nin futbolçuları ilə görüşüb

“Ay-ulduzlular”ımızın baş məşqçisi Qurban Qurbanov Avropa çempionatının ilkin seçmə mərhələsində çıxış edəcək U-17 yığmamızın üzvləri ilə görüşüb. Allsport.az saytı xəbər verir ki, o, futbolçulara tövsiyələrini verib, seçmə mərhələ oyunlarında uğurlar arzulayıb.

Görüşdə seçmənin meneceri İslam Abbasov və U-21 millinin baş məşqçisi Rəşad Sadıqov da iştirak ediblər. Avropa çempionatının ilkin ələməsində rəqiblər Albaniya, Norveç və Çex Respublikası olacaq. Futbolçularımız oktyabrın 23-də vikinqlərlə, 3 gün sonra çexlər, oktyabrın 29-da isə Albaniya komandası ilə qarşılaşacaq.

Həmin kateqoriyadan