30 milyonluq müqavilə təkzib edildi

Planet F1 portalının insayderi Tomas Maher “Mersedes”i təmsil edən 27 yaşlı britaniyalı Formula-1 pilotu Corc Rasselin komanda ilə müqaviləsini uzatmağa yaxın olması barədə məlumatı təkzib edib.

Allsport.az xəbər verir ki, bundan əvvəl İtaliya mətbuatı tərəflərin illik 30 milyon dollar maaşla “2+1” sxeminə əsasən hazırkı müqaviləni uzatmağa yaxın olduqlarını yazmışdı.

F-1-in 2025-ci il mövsümünün dörd turundan sonra Corc hesabında 63 xal toplayaraq şəxsi hesabda dördüncü yerdədir.

Həmin kateqoriyadan