- Baxış sayı: 70
- 23 Oktyabr 2026 16:57
- Baxış sayı: 614
- Oktyabr 21, 2026
- 0

Lozannada Avropa atletika konvensiyası keçirilir.
Allsport.az xəbər verir ki, Avropa atletikasının prezidenti Dobromir Karamarinovun iştirakı ilə təşkil olunan tədbirdə qitə ölkələrinin atletika federasiyalarının nümayəndələri bir araya gəliblər.
Konvensiya çərçivəsində təcrübə mübadiləsi aparılır, əməkdaşlığın gücləndirilməsi və atletikanın inkişafı istiqamətində müzakirələr keçirilir.
Tədbirdə Azərbaycan atletika federasiyasının prezidenti Cavid Qurbanov, baş katib Məhərrəm Sultanzadə və idman işləri üzrə direktor Mariana Vasileva da iştirak edirlər.