- Baxış sayı: 75
- 08 Sentyabr 2026 22:43
- Baxış sayı: 231
- Sentyabr 13, 2026
- 0

Atletika üzrə dünya çempionatı tarixdə ilk dəfə Afrikada keçiriləcək.
Allsport.az xəbər verir ki, 2029-cu ildəki yarış Keniyanın paytaxtı Nayrobidə baş tutacaq.
Qərar Budapeştdə keçirilən dünya atletikası şurasının iclasında qəbul edilib.
2031-ci il çempionatı isə Münhendə təşkil olunacaq. London və Roma da bu tədbirə ev sahibliyi etmək üçün namizədliklərini irəli sürmüşdülər.
Xatırladaq ki, atletika üzrə dünya çempionatı iki ildən bir keçirilir. Növbəti turnirin 2027-ci il sentyabrın 10-dan 19-dək Pekində keçirilməsi nəzərdə tutulub.