Avropa çempionatı Helsinkidə keçiriləcək

Avropa çempionatı Helsinkidə keçiriləcək

2030-cu ildə atletika üzrə Avropa çempionatına Helsinki ev sahibliyi edəcək.

Allsport.az xəbər verir ki, yarış olimpiya stadionunda baş tutacaq.

Qərar Lozanna keçirilən Avropa atletikasının 181-ci şura iclasında qəbul edilib.

Helsinki bu yarışa dördüncü dəfə ev sahibliyi edəcək. Şəhərdə çempionat daha əvvəl 1971, 1994 və 2012-ci illərdə təşkil olunub.

Xatırladaq ki, 2028-ci ildə Avropa çempionatı Polşanın Sileziya bölgəsində, iyunun 3–8-də keçiriləcək.

Həmin kateqoriyadan