- Baxış sayı: 91
- 08 Noyabr 2026 12:51
- Baxış sayı: 436
- Noyabr 09, 2026
- 0

Keniyalı atlet Peres Cepçirçir antidopinq qaydalarını pozduğuna görə 3 il müddətinə diskvalifikasiya olunub.
Allsport.az xəbər verir ki, 33 yaşlı idmançıdan 2026-cı ilin avqustunda götürülən dopinq-nümunəsində eritropoetin (EPO) aşkarlanıb. Oktyabr ayından etibarən atlet barəsində müvəqqəti kənarlaşdırma qərarı qüvvəyə minib.
Peres Cepçirçir 2020-ci ildə keçirilən Tokio yay olimpiya oyunlarının qalibi olub. O, həmçinin 2025-ci ildə marafon qaçışı üzrə dünya çempionatında qızıl medal qazanıb.