- Baxış sayı: 55
- 01 Noyabr 2026 14:05
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

İrlandiyanın atletika üzrə Avropa çempionu Siara Magian 34 yaşında vəfat edib.
Allsport.az xəbər verir ki, tanınmış idmançı noyabrın 1-də səhər saat 06:30-da yaxınlarının əhatəsində dünyasını dəyişib.
Magian 2025-ci ilin iyulunda xərçəng xəstəliyinə tutulduğunu ictimaiyyətə açıqlayıb. Ona dördüncü mərhələdə olan bağırsaq xərçəngi diaqnozu qoyulub.
Orta məsafələrə qaçış üzrə ixtisaslaşan idmançı 2024-cü ildə Romada keçirilən Avropa çempionatında 1500 metr məsafəyə qaçışda qızıl medal qazanıb.