- Baxış sayı: 78
- 08 Oktyabr 2026 17:52
- Baxış sayı: 92
- Oktyabr 08, 2026
- 0

Bu gün Qəbələdə III beynəlxalq Xankəndi ultramarafonuna start verilib.
Allsport.az xəbər verir ki,yarışa 5 ölkədən 97 atlet qatılıb.
Birinci mərhələdə atletlər Qəbələ şəhərindən start götürərək Ağdaşadək 52,5 km məsafə qət edəcəklər.
Xatırladaq ki, iştirakçılar ümumilikdə 192 km məsafə qət edərək Xankəndidə finişə çatacaqlar. Ultramarafon dörd mərhələdən ibarətdir: Qəbələ–Ağdaş (52,5 km), Ağdaş–Bərdə (63,5 km), Bərdə–Ağdam (46,8 km) və Ağdam–Xankəndi (29,2 km). Hər mərhələnin qalibləri ayrıca təltif ediləcək, ultramarafonun ümumi qalibləri isə baş mükafata layiq görüləcəklər.