- Baxış sayı: 32
- 08 Sentyabr 2026 21:51
- Baxış sayı: 243
- Sentyabr 08, 2026
- 0

Azərbaycan atleti Tehran Məmmədov Dohada keçirilən tələbələrin dünya çempionatında qızıl medal qazanıb.
Allsport.az xəbər verir ki, 65 kq çəki dərəcəsində mübarizə aparan idmançımız Azərbaycan tarixində tələbələr arasında keçirilən dünya çempionatının ilk qalibi olub.
Tehran Məmmədov birdən qaldırma hərəkətində 130 kq nəticə göstərərək gümüş medala yiyələnib. O, təkanla qaldırmada isə 159 kq ağırlığı başı üzərinə qaldıraraq qızıl medal qazanıb.
Atletimiz toplamda 289 kq nəticə ilə dünya çempionatının qalibi adını qazanıb.