- Baxış sayı: 55
- 11 Avqust 2026 10:00
- Baxış sayı: 547
- Avqust 12, 2026
- 0

İrlandiyalı Mark İngliş 800 metr məsafəyə qaçışda Avropa çempionatları rekordunu yeniləyib.
Allsport.az xəbər verir ki, 33 yaşlı atlet Birmingemdə keçirilən yarışın yarımfinalında 1 dəqiqə 43,49 saniyə nəticə göstərib.
O, bununla Almaniya təmsilçisi Olaf Bayerin 1978-ci ildən bəri davam edən rekordunu qırıb.
Bayer həmin vaxt 800 metri 1 dəqiqə 43,84 saniyəyə qaçmışdı. İngliş bu göstəricini 0,35 saniyə yaxşılaşdırıb.
Mark İngliş 800 metr məsafədə Avropa çempionatlarının 2-qat bürünc mükafatçısıdır. O, 2014 və 2022-ci illərdə fəxri kürsüyə yüksəlib. Yarış avqustun 16-da başa çatacaq.