- Baxış sayı: 63
- 04 Noyabr 2026 20:48
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Portuda atletika üzrə qaçış təşkilatçılarını bir araya gətirən “Avropa qaçış biznesi konfransı” (ERBC 2026) keçirilir.
Allsport.az xəbər verir ki, ntədbirdə Azərbaycanı zəfər qaçış klubunun direktoru, Azərbaycan atletika federasiyasının “Qaçış hər kəs üçün” komitəsi sədrinin müavini Elşən Quliyev və klubun media və inkişaf şöbəsinin direktoru Nərmin Quliyeva təmsil edirlər.
Konfrans çərçivəsində müxtəlif ölkələrin qaçış təşkilatçıları, federasiya nümayəndələri, atletika mütəxəssisləri və media təmsilçiləri təcrübə mübadiləsi aparır, yenilikləri müzakirə edir və beynəlxalq əməkdaşlıq imkanlarını dəyərləndirirlər.