- Baxış sayı: 46
- 21 May 2026 14:55
- Baxış sayı: 114
- May 26, 2026
- 0

Gürcüstanın Batumi şəhərində Avropa ağırlıqqaldırma federasiyasının növbəti konqresi keçirilir. Allsport.az saytı xəbər verir ki, tədbirdə ölkəmizi AAF-nin vitse-prezidenti, BAF-ın “Məsləhət qrupu”nun üzvü Firdovsi Umudov təmsil edir.
Öncə AWF-in prezidenti Astrit Həsəni çıxış edərək konqresin proqramını diqqətə çatdırıb və illik hesabatı təqdim edib. Audit hesabatlarının təsdiqindən sonra 2026 və 2027-ci illərdə baş tutacaq yarışlarla bağlı məlumatlar iştirakçıların diqqətinə çatdırılıb. Sonra boş qalan vəzifə yerlərinə növbədənkənar seçkilər keçirilib.
Həmyerlimiz konqresdə iştirakı çərçivəsində AWF-in prezidenti, baş katib Milan Mixayloviç, eləcə də Gürcüstan ağırlıqqaldırma federasiyasının prezidenti Laşa Talaxadze ilə görüşüb. Təmaslar zamanı yarışların təşkili, qaydalardakı yeniliklər və ikitərəfli əlaqələr ətrafında fikir mübadiləsi aparılıb.