- Baxış sayı: 151
- 12 İyul 2026 00:00
- Baxış sayı: 140
- İyul 12, 2026
- 0

Azərbaycan ağırlıqqaldırma federasiyası tərəfindən AAF-a müraciət edən idman məktəbləri və klublar bölgü əsasında ştanq dəsti avadanlıqları ilə təmin olunur.
Allsport.az saytı xəbər verir ki, artıq bölgələrdə yerləşən klub və məktəblərin avadanlıqla təminatı yekunlaşıb və həmin mərkəzlərdə təhvil verilən avadanlıqlarla məşqlər davam etdirilir.
Bunların sırasında Lənkəran-Astara regional gənclər və idman idarəsinin Cəlilabad rayon uşaq-gənclər idman məktəbi, həmçinin şəhid “Ümüd Qasımzadə adına ağır atletika idman klubu” ictimai birliyi də var.
Yaxın günlərdə Bakı və Sumqayıtda yerləşən məktəblərin də avadanlıqla təminatı reallaşdırılacaq.