- Baxış sayı: 31
- 14 May 2025 23:27
- Baxış sayı: 82
- May 13, 2025
- 0
Azərbaycan premyer liqasının XXXII turunun “Sabah” – “Qarabağ” (1:1) oyunundan sonra Ağdam komandasının baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib.
Allsport.az xəbər verir ki, o, çempionluğu təmin etdikləri barədə danışıb:
“İlk növbədə futbolçularımı təbrik edirəm. Birillik zəhmətdən sonra bu uğuru qazandılar. Bu məni sevindirir. Çempionluğun sayı çox görünsə də, futbolçuların istəkli olması çox vacibdir. Onların hər birinə təşəkkür edirəm. Çox yaxşı oyun alındı, əsl çempionluq oyunu oldu. Hər iki komandanın ifasında yaxşı sürət, dinamika, ağıllı oyun müşahidə etdik. Eyni zamanda gözəl atmosfer var idi. Bu stadionda çıxış etmək hər zaman xoşdur. Azarkeşlərimizi təbrik edirəm. Onlar da bu çempionluğa layiq idilər. Çünki ilboyu yağışda, qarda bizimlə oldular, komandanı tək qoymadılar”.