- Baxış sayı: 44
- 19 Oktyabr 2026 13:27
- Baxış sayı: 229
- Oktyabr 16, 2026
- 0

Elazığda yerləşən Xəzər gölündə keçirilən üçüncü beynəlxalq Xəzəe sazan kubokunda Azərbaycan su idmanı federasiyasını (AZSİF) təmsil edən “Bakı” balıqçılar klubunun idmançıları uğurlu nəticə əldə ediblər.
Allsport.az xəbər verir ki, 7 gün fasiləsiz davam edən karpfişinq (sazan balığının idman məqsədilə ovu) yarışı 48 komandanın iştirakı ilə baş tutub.
Türkiyə, Almaniya, İran, Səudiyyə Ərəbistanı və Azərbaycandan olan komandaların mübarizə apardığı turnirdə rəqabət gərgin keçib.
Azər Əliyev, Hüseyn Qeybi və Nihad Camalovun mübarizə apardığı komanda ümumilikdə 88,265 kq (12 balıq), “Top 5” göstəricisi üzrə isə ümumi çəkisi 52,580 kq olan sazan balıqlarının nəticəsi ilə yarışı ikinci pillədə başa vuraraq gümüş medala sahib olublar.