- Baxış sayı: 100
- 17 Noyabr 2026 22:54
- Baxış sayı: 436
- Noyabr 09, 2026
- 0

Azərbaycan üzgüçülük federasiyasının (ASF) baş katibi Oqtay Atayev ABŞ-yə səfər edib.
Allsport.az xəbər verir ki, Kolorado-Sprinqs şəhərində olan federasiya rəsmisi ABŞ üzgüçülük federasiyasının baş icraçı direktoru Kevin Rinq ilə görüşüb.
Görüşdə təşkilatın kommersiya əməliyyatları üzrə direktoru Brays Elser, həmçinin milli komandanın direktoru və məşqçisi Kim Uilyams da iştirak ediblər.
Səfər ABŞ konqres kitabxanasının “Açıq dünya” proqramı çərçivəsində həyata keçirilən “İdman vasitəsilə iqtisadi inkişaf” layihəsi əsasında, ABŞ-nin Azərbaycandakı səfirliyinin dəstəyi ilə təşkil olunub.
Proqram çərçivəsində Azərbaycan nümayəndələri dövlət və idman qurumlarının rəhbər şəxslərinin iştirakı ilə keçirilən seminarlara qatılıb, Corc Meyson və Corctaun universitetlərini ziyarət ediblər.
Proqramda Azərbaycanın su idmanı, güləş, kamandan oxatma və minifutbol federasiyalarının nümayəndələri də iştirak ediblər. Səfər zamanı ölkəmizin təmsilçiləri ABŞ-nin idman sistemi və təcrübəsi ilə tanış olub, gələcək əməkdaşlıq imkanlarını müzakirə ediblər.