Dünya rekordçusu 33 yaşında vəfat edib

Dünya rekordçusu 33 yaşında vəfat edib

Sərbəst dalış üzrə keçmiş dünya rekordçusu, niderlandlı Janin Qrasmeyer 33 yaşında vəfat edib.

Allsport.az xəbər verir ki, bu barədə idmançının ailəsi sosial şəbəkədə məlumat yayıb.

Qrasmeyer 2013-cü ildə, 20 yaşında Yunanıstanın Kalamata şəhərində sərbəst dalış üzrə 90 metr dərinliyə enərək dünya rekordu müəyyənləşdirib. O, həmin vaxt bu nailiyyətə imza atan ən gənc qadın idmançı olub.

Qrasmeyer 2016-cı ildə 92 metr dərinliyə enərək dünya rekordunu geri qaytarıb. Onun bu göstəricisi iki il ərzində yenilənməyib.

Həmin kateqoriyadan