Ölkə rekordunu yeniləyiblər

Ölkə rekordunu yeniləyiblər

Azərbaycan üzgüçüləri – Yeqor Maynitski və Anastasiya Boborıkina Bakıda keçirilən “İpək yolu” dünya kubokunda ölkə rekorduna imza atıblar.

Allsport.az xəbər verir ki, Maynitski 200 metr məsafəyə qarışıq növdə (2:03,69), Boborıkina isə 100 metr məsafəyə brass üsulu ilə yarışda (1:15,32) Azərbaycan rekordu müəyyənləşdiriblər.

50 metr məsafəyə brass üsulu ilə yarışda Yeqor Maynitski, 100 metr məsafəyə sərbəst üsulla yarışda Ramal Sadıqlı, 1500 metr məsafəyə sərbəst üsulla yarışda isə Amin Oruclu və Fərhad Şirməmmədli şəxsi rekordlarını yaxşılaşdırıblar.

Dünya kuboku oktyabrın 1-3-də 44 ölkədən 216 idmançının iştirakı ilə Bakı Su İdmanı Sarayında keçirilir.

Həmin kateqoriyadan