Su idmanımızda yenilik

Su idmanımızda yenilik

Bakıda Avropa su idmanı federasiyası – EA konqresi çərçivəsində ilk iki tədbir keçirilib.

Allsport.az xəbər verir ki, əvvəlcə EA bürosunun toplantısı baş tutub.

Daha sonra milli federasiyaların nümayəndələrinin iştirakı ilə təcrübə və bilik mübadiləsi sessiyası təşkil olunub.

Sessiyada üzgüçülük və digər su idman növlərinin inkişafı, federasiyaların fəaliyyəti, müxtəlif layihələrin həyata keçirilməsi, innovasiyalar və gələcək əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb. İştirakçılar yeni ideyalarını bölüşüb, müxtəlif ölkələrin su idmanı sahəsində tətbiq etdiyi uğurlu yanaşmalarla tanış olublar.

Dünya kubokundan sonra Azərbaycan üzgüçülük federasiyası (ASF) və Avropa su idmanı federasiyasının təşkilatçılığı, gənclər və idman nazirliyinin dəstəyi ilə 2026-cı ilin “Dünya idman paytaxtı” olan Bakıda Avropa su idmanı ailəsi üçün mühüm tədbir keçirilir.

Konqresin Azərbaycanda təşkili ölkəmizin beynəlxalq idman mövqeyinin daha da möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Həmin kateqoriyadan