Su idmanı növləri “Heyva festivalı”nda

Su idmanı növləri “Heyva festivalı”nda

Ağdaşda bölgənin kənd təsərrüfatı potensialının və xüsusilə meyvəçiliyin inkişafına dəstək məqsədilə ənənəvi “Heyva festivalı” təşkil olunub.

Allsport.az xəbər verir ki, festivalın keçirildiyi ərazidə Azərbaycan su idmanı federasiyası (AZSİF) üçün xüsusi guşə ayrılıb.

Burada yelkən və avarçəkmə qayıqları nümayiş etdirilib. İştirakçılara su idmanı növlərinin uşaq və yeniyetmələrin fiziki inkaşafındakı faydaları, son illərdə bu növlərdə idmançılarımızın beynəlxalq yarışlardakı uğurları və ölkəmizdə keçirilmiş yarışılardan danışılıb. Onlara yelkən qayıqları, həmçinin avarçəkmənin akademik, kayak, kanoe və sahil avarçəkməsi növləri, məşq bazaları barədə məlumat dərc edilmiş flayerlər (məlumat vərəqəsi) paylanılıb.

Həmin kateqoriyadan