- Baxış sayı: 79
- 11 Oktyabr 2026 12:48
- Baxış sayı: 355
- Oktyabr 08, 2026
- 0

Azərbaycan üzgüçülük federasiyası ilə Belarus üzgüçülük federasiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Allsport.az xəbər verir ki, sənəd iki ölkə arasında üzgüçülük idmanının inkişafı, qarşılıqlı əlaqələrin genişləndirilməsi və təcrübə mübadiləsinin gücləndirilməsini nəzərdə tutur.
Sözləşməyə əsasən, tərəflər üzgüçülüyün inkişafı və təbliği, idmançıların, məşqçilərin və hakimlərin peşəkarlıq səviyyəsinin artırılması, birgə təlim-məşq toplanışlarının və yarışların təşkili istiqamətlərində əməkdaşlıq edəcəklər.
Sənəddə metodiki materialların və təcrübənin mübadiləsi, uşaq və gənclər arasında üzgüçülüyün təşviqi, eləcə də bu idman növünün daha geniş auditoriyaya tanıdılması məsələləri də əksini tapıb.
Əməkdaşlıqda idmançıların hazırlıq prosesinin təkmilləşdirilməsi, məşqçi və hakimlərin bilik və bacarıqlarının artırılması, hər iki federasiyanın təcrübəsindən qarşılıqlı faydalanmaq məqsədilə bir sıra təşəbbüslərin həyata keçirilməsi planlaşdırılır.
Sözləşmənin imzalanması Azərbaycan və Belarus arasında üzgüçülük sahəsində əlaqələrin möhkəmləndirilməsinə və beynəlxalq idman əməkdaşlığının genişləndirilməsinə xidmət edəcək.