Türkiyədə birinci oldular

Türkiyədə birinci oldular

Azərbaycan su idmanı federasiyasının idmançıları Türkiyədə keçirilən beynəlxalq balıqtutma yarışının qalibi olublar.

Allsport.az xəbər verir ki, noyabrın 14-15-də Adana şəhərində təşkil olunan sahildən balıq ovu turnirində ölkəmizi “Bakı” balıqçılar klubunun üzvləri Çingiz Qəniyev və Azər Əliyev təmsil ediblər.

Təmsilçilərimiz 17 balıq tutaraq 502 xal toplayıblar. Bu nəticə ilə birinci yeri tutan idmançılarımız, həmçinin “Ən böyük balıq” mükafatına da layiq görülüblər.

Həmin kateqoriyadan