AAF-ın prezidenti AZSİF-in idmançıları ilə görüşüb

AAF-ın prezidenti AZSİF-in idmançıları ilə görüşüb

Avropa avarçəkmə federasiyasının prezidenti Asunsion Loriyente Bakıya səfər edib.

Allsport.az xəbər verir ki, səfər çərçivəsində qonaq Azərbaycan su idmanı federasiyasının inzibati binasında olub.

Ona federasiyanın fəaliyyəti ilə bağlı məlumat verilib. Son illərdə beynəlxalq yarışlarda qazanılan uğurlar, Azərbaycanda təşkil edilmiş avarçəkmə və kanoe üzrə “Prezident kuboku” və “Mingəçevir reqatası” beynəlxalq turnirləri diqqətə çatdırılıb. Su idmanı ilə əlaqəli inkişaf etdirilən növlər qeyd olunub.

Daha sonra Asunsion Loriyenteyə Azərbaycan su idmanı federasiyası adından xatirə hədiyyəsi təqdim edilib.

Səfər zamanı Avropa avarçəkmə federasiyasının rəhbəri Bakı avarçəkmə və kanoe idmanı klubunun məşq bazasına baxış keçirib. O, idmançıların açıq havada və trenajor alətlərində məşq prosesi ilə tanış olub.

Həmin kateqoriyadan