- Baxış sayı: 55
- 04 Oktyabr 2026 16:09
- Baxış sayı: 179
- Oktyabr 04, 2026
- 0

Türkiyənin Mərsin şəhərində keçirilən 9-cu “Beynəlxalq qızıl qarmaq balıqtutma turniri”ndə Azərbaycan idmançıları birinci yeri tutublar.
Allsport.az xəbər verir ki, oktyabrın 2–dən 4-dək təşkil olunan yarışda Bakı balıqçılar klubunun təmsilçiləri Çingiz Qəniyev və Nəcəf Qurbanov ölkələrarası birincilikdə qalib gəliblər.
Azərbaycan təmsilçiləri Şimali Kipr, Tunis, Yunanıstan və Mərakeşdən olan rəqiblərini geridə qoyublar.