Beynəlxalq yarışda iştirak edəcəklər

Beynəlxalq yarışda iştirak edəcəklər

Gürcüstanın Mtsxeta şəhərində kayak və kanoe üzrə beynəlxalq reqata təşkil olunacaq. “Mtsxeta şəhəri günü” münasibətilə keçiriləcək turnirdə Azərbaycan su idmanı federasiyası (AZSİF) 6 nəfərlik idmançı heyəti ilə təmsil olunacaq.

Allsport.az xəbər verir ki, kanoe növündə Fəxri Sadıqlı və Rüstəm Əsgərov mübarizə aparacaq.

Kayak qayığında Sənan Cəfərzadə, Nizami Kərimov, Tahir Mövsümov və Yunis Əhmədov medallar uğrunda yarışacaq. Komandaya məşqçi İsbəndiyar Cəfərov başçılıq edəcək.

Həmin kateqoriyadan