“Bu gün komanda Hakmana görə döyüşdü”

Azərbaycan premyer liqasının XXVI turunun “Neftçi” – “Turan Tovuz” oyunundan (1:1) sonra qonaq komandanın baş məşqçisi Qurban Berdıyevin mətbuat konfransı keçirilib.

Allsport.az xəbər verir ki, türkmən mütəxəssis oyunçularının sona qədər mübarizə apardığını deyib:

“Bu gün komanda Hakmana görə döyüşdü. Kobud səhv etsə də komanda yoldaşları onun üçün mübarizə apardılar. Qol buraxmağımıza baxmayaraq sınmadılar. Sona qədər mübarizə apardılar. Buna görə də onlara təşəkkür etdim. Azlıqda qalmağımıza baxmayaraq müdafiədə ağıllı oynadıq, “Neftçi”nin cəmi bir epizodu oldu ki, onu də reallaşdırdılar”.

Həmin kateqoriyadan