- Baxış sayı: 30
- 12 Dekabr 2024 23:47
- Baxış sayı: 100
- Dekabr 11, 2024
- 0
U-19 millinin baş məşqçisi Elxan Abdullayev, Avropa çempionatının seçmə oyunları ilə bağlı bağlı fikirini bildirib. Allsport.az saytı xəbər verir ki, o, hədəfə çatmaq üçün var güclərini ortaya qoyacaqlarını deyib:
Noyabrın 6-da Bakıda təlim-məşq toplanışına başlamışıq. Dünəndən isə Moldovada hazırlıq keçirik. Məşqlər plan üzrə baş tutur. İrlandiya yığması qrupumuzun favoriti hesab edilir. Buna baxmayaraq, qrupda ilk iki yerdən birini tutaraq, elit-raunda vəsiqə qazanmaq istəyirik.
Düzdür, rəqiblərimiz güclü komandalardır. Ancaq bura elə-belə gəlməmişik. Məqsədimiz evə uğurlu nəticə ilə – elit-raunda yüksələrək qayıtmaqdır. Bunun üçün əlimizdən gələni edəcəyik”.
7-ci qrupunda yer alan futbolçularımız, noyabrın 13-də İslandiya, 16-da İrlandiya və 19-da Moldova ilə qarşılaşacaq. Qrupun bütün oyunları Moldovanın paytaxtı Kişinyovda olacaq.