“Hər kəsə çoxlu suallar verirəm”

“Sumqayıt”ın yeni transferi İsa Suliman Ərzurum toplanışı ilə bağlı təəssüratını bölüşüb. Allsport.az saytı xəbər verir ki, o, burada çox xoşbəxt olduğunu deyib:

“Komandada hər kəs çox qonaqpərvərdir. Toplanış boyunca məşq və matçlar zamanı biz bir-birimizin oyun tərzini daha yaxşı anlamağa çalışdıq. Bir sıra istedadlı oyunçularımız var. Ona görə də mövsümün başlamasını səbirsizliklə gözləyirəm.

Liqa və ya klub haqqında çox şey bilmirdim, amma daha çox məlumata sahib olmaq üçün düşərgədəki hər kəsə çoxlu suallar verirəm. “Sumqayıt”da çıxış etmiş futbolçulardan birini tanıyıram. O, mənə klub haqqında ancaq müsbət fikirlər söyləyib”.

Həmin kateqoriyadan