AOK-un 55-ci baş qurultayında

Allsport.az saytı xəbər verir ki, Macarıstanın paytaxtı Budapeştdə ölkəmizi MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, xarici əlaqələr idarəsinin müdiri Anar Bağırov və beynəlxalq proqramlar idarəsinin müdiri Ceyhun Rəhmanov təmsil edirlər.

Beynəlxalq olimpiya komitəsinin prezidenti Kristi Koventri, Avropa olimpiya komitələrinin prezidenti Spiros Kapralos və digər ölkələrin MOK-larının iştirakı ilə keçirilən toplantıda bir çox məsələlər haqqında müzakirələr aparılacaq.

İclasın ilk günündə Türkiyədə keçiriləcək İstanbul-2027 Avropa oyunlarına hazırlıqla bağlı fikir səsləndiriləcək, həmçinin Milan-Kartino XXV qış olimpiya oyunlarının və Milli olimpiya komitələri assosiasiyasının hesabatı dinləniləcək.

MOK-dan verilən məlumata görə, baş assambleya zamanı həmçinin “Ən yaxşı avropalı gənc atlet” üçün nəzərdə tutulan 14-cü “Pyotr Nurovski” mükafatı və Avropa olimpiya komitəsinin “Xidmətlərinə görə” ordeninə layiq görülmüş şəxslərin mükafatlandırılma mərasimi də keçiriləcək.

Assambleyanın ikinci günündə AOK-un “Olimpiya çələngi” mükafatı öz sahibinə təqdim olunacaq. Bundan başqa iclasda Braşov-2027 XVIII qış avropa gənclər olimpiya festivalı və Linyano-Sabbiadoro-2027 XIX Avropa gənclər yay olimpiya festivalı və AOK-un komissiyasının hesabatları, VADA-nın tibb və antidopinqlə bağlı hesabatları dinləniləcək. İclasda 2027-ci ildə Monakoda keçiriləcək kiçik Avropa dövlətlərinin oyunları ilə bağlı təqdimat və yeniliklərlə bağlı müzakirələr aparılıb.

İclasın sonuncu günündə AOK-un 56-cı baş qurultayının İstanbulda keçiriləcəyi elan olunacaq.

Həmin kateqoriyadan