- Baxış sayı: 48
- 12 İyun 2026 22:45
- Baxış sayı: 48
- İyun 12, 2026
- 0

Bakı güləş məktəbinə 2026/2027-ci tədris ili üzrə qəbul üçün qeydiyyat başlayıb. Allsport.az saytı xəbər verir ki, Mərdəkan qəsəbəsində yerləşən Süleyman Rüstəm adına xarici dillər təmayüllü gimnaziyada fəaliyyət göstərən BGB-nin əsas məqsədi yeniyetmə və gənc güləşçilərin təhsildən ayrılmadan idman karyeralarını inkişaf etdirmələrinə şərait yaratmaqdır.
5-ci və 6-cı sinifləi (2014, 2015, 2016 təvəllüd) üzrə qəbulda iştirak etmək istəyələr AGF-in saytında yerləşdirilmiş anket vasitəsilə qeydiyyatdan keçə bilər: https://awf.az/join-bgm/
Qeydiyyat üçün son tarix 30 iyundur. Qəbul imtahanı 6-7 iyul tarixlərində keçiriləcək. Namizədlər müxtəlif idman normativləri və testlər üzrə qiymətləndiriləcəklər. İmtahan mərhələsini uğurla başa vuran iştirakçılar Bakı güləş məktəbinə qəbul ediləcəklər. Normativlərlə bağlı daha ətraflı məlumat AGF-in saytında və sosial media səhifələrində açıqlanacaq.