Əməkdar bədən tərbiyyəsi və idman xadimi qəfil vəfat etdi

“Neftçi İdman Klubu” ictimai birliyinin idarə heyəti sədrinin müşaviri Sadıq Sadıqov bu gün qəfil vəfat edib. Allsport.az saytı xəbər verir ki, o, 1965-ci ildə Naxçıvanda anadan olub. Azərbaycan politexnik institutunu bitirib. Uzun müddət “Neftçi İdman Klubu” rəhbəri, Milli olimpiya komitəsi icraiyyə komitəsinin üzvü, Azərbaycan cüdo federasiyasının vitse-prezidenti olub. Onun müxtəlif illərdə İdman cəmiyyətləri və klublarına rəhbərlik etdiyi dövrlərdə idmançılarımız olimpiya oyunları, dünya və Avropa çempionatlarında çoxlu sayda uğur qazanıblar.

Sadıq Sadıqov idmandakı xidmətlərinə görə Azərbaycan prezidenti İlham Əliyev tərəfindən fəxri ad və medalla təltif olunub. 2008-ci ildə “Əməkdar bədən tərbiyyəsi və idman xadimi” fəxri adına, 2011-ci ildə isə “Tərəqqi” medalına layiq görülüb. Sadıq Sadıqov 2009–2015-ci illərdə “Neftçi” PFK-da prezidenti vəzifəsini icra edib. Onun rəhbərliyi ilə “ağ-qaralar” 3 dəfə Azərbaycan çempionu olub və 2 dəfə ölkə kubokunu qazanıb. 2012-ci ildə “Neftçi” ölkə futbolunun tarixində ilk dəfə olaraq Avropa liqası kimi mötəbər turnirin qrup mərhələsində iştirak edib.

Sadıq Sadıqov həm də mömin idi, Cəfəri təriqətini təqdir edirdi. O, 2026-cı il iyunun 5-də ürək tutması səbəbindən vəfat edib. “Neftçi İdman Klubu” bununla əlaqədar İB üzvlərinə və Azərbaycan idman ictimaiyyətinə dərin hüznlə başsağlığı verir, mərhumun ailəsinə və yaxınlarına səbr diləyir.

Həmin kateqoriyadan