- Baxış sayı: 59
- 08 İyun 2026 11:04
- Baxış sayı: 35
- İyun 12, 2026
- 0

Azərbaycan idman akademiyasının stadionunda atletika üzrə Azərbaycan çempionatı başlayıb. Allsport.az saytı xəbər verir ki, yarışda paytaxtın müxtəlif klublarının, həmçinin Gəncə, İsmayıllı, Bərdə, Xızı və Ordubadı təmsil edən 135 atlet mübarizə aparır. Bu sınaq Avropa çempionatı və Balkan çempionatına seçim və hazırlıq baxımından mühüm əhəmiyyət kəsb edir. Açılışda AAF-in vitse-prezidenti Könül Nurullayeva çıxış edərək, yarışın əhəmiyyətindən danışıb, idmançılara uğurlar arzulayıb.
Çempionatın ilk günündə müvafiq olaraq kişilərdə və qadınlarda 100 metr məsafəyə qaçışda Həmid Nəbiyev və Lamiyə Vəliyeva, 400 metrdə Cavid Məmmədov və İlahə Quliyeva, 1500 metrdə Bəxtiyar Əsgərli və Nila Heydərova, 3000 metr məsafəyə maneələrlə qaçışda Əmrah Nağıyev Azərbaycan çempionu olub.
3-təkanla tullanmada Rüstəm Məmmədov və Yekaterina Sarıyeva, hündürlüyə tullanmada Bülbül Babayev və Zeynəb Qəmbərova, nüvəitələmədə İsmayıl Əliyev və Səkinə Hacızadə, nizəatmada Orxan Qasımov və İradə Əliyeva fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.