- Baxış sayı: 53
- 09 İyun 2026 15:56
- Baxış sayı: 48
- İyun 12, 2026
- 0

İyunun 15-də Çinin Quyyan şəhərində boks üzrə dünya kuboku başlayacaq. Allsport.az saytı xəbər verir ki, 7 gün davam edəcək yarışda Azərbaycan millisi də mübarizə aparacaq.
Baş məşqçisi Rövşən Xocayev əmsal xarakterli yarışda Sübhan Mamedov (50 kq), Amin Məmmədzadə (55 kq), Məhəmmədəli Aşırəliyev (60 kq), Malik Həsənov (65 kq), Nəbi İsgəndərov (70 kq), Səidcəmşid Cəfərov (75 kq), Murad Allahverdiyev (80 kq) və Alfonso Dominqesə (90 kq) fürsət verəcək.
Çimkənddə təlim-məşq toplanışında olan boksçularımız Quyyana Qazaxıstandan yollanacaqlar. Dünya kubokunun püşkü iyunun 14-da atılacaq. Braziliyada keçirilən ilin ilk dünya kubokunda millimiz 3 qızıl, 1 bürünc medal qazanıb.