- Baxış sayı: 28
- 12 İyun 2026 12:40
- Baxış sayı: 34
- İyun 12, 2026
- 0

Serbiyanın paytaxtdı Belqradda, Beynəlxalq xizək konqresinin 57-ci iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, 2 ildən 1 təşkil olunan toplantıda 80-ə yaxın ölkədən 300-dən artıq nümayəndə iştirak edib. Yığıncaqda ölkəmizi Azərbaycan qış idman növləri federasiyasını prezidenti Fuad Nağıyev, vitse-prezident Florian Sengstschmid və baş katib Günel Bədəlova təmsil ediblər.
Konqresdə Aleksandr Oşpelt Beynəlxalq xizək və snoubord federasiyasının (FİS) prezidenti vəzifəsinə seçilib. Həmçinin FİS şurasının 18 nəfərlik tərkibi formalaşdırılıb. Qurultayda təşkilatın gələcək fəaliyyət istiqamətləri, strateji prioritetləri, o cümlədən qış idman növlərinin inkişafı ilə bağlı mühüm məsələlər müzakirə olunub.
Xatırladaq ki, ötən il qarşı tərəflə Azərbaycan dövlət turizm agentliyi arasında qış turizmi və qış idman növlərinin inkişafı, eləcə də Azərbaycanın qış idman növləri üzrə nüfuzlu beynəlxalq yarışlara ev sahibliyi etməsi məqsədilə 5 illik müddətə tərəfdaşlıq müqaviləsi imzalanıb.
Anlaşmada qış turizmi infrastrukturunun təkmilləşdirilməsi, Azərbaycanın xarici turistlər üçün cəlbedici qış turizm destinasiyasına çevrilməsi və “Şahdağ” turizm mərkəzində beynəlxalq xizək yarışlarının təşkili üzrə birgə əməkdaşlıq nəzərdə tutulur.