ABŞ-da braziliyalıları hərtərəfli yoxlayıblar

Braziliya millisinin nümayəndə heyəti Dünya Kuboku üçün ABŞ-a çatdıqdan sonra hərtərəfli yoxlamadan keçib. Allsport.az saytı xəbər verir ki, yoxlama birbaşa Nyu Cersi ştatının Nyuark hava limanındakı asfaltda baş tutub və terminalın içərisində təkrar yoxlamaların qarşısını almaq üçün təşkil edilib ki. Bu da nümayəndə heyətinin giriş prosedurlarını sürətləndirməsinə imkan verib.

Millinin oyunçuları, federasiya rəhbərliyi və bütün işçilər metal detektorlarla yoxlanılıb. Braziliya nümayəndə heyətinin bütün üzvlərindən ayaqqabılarını çıxarmaq və şəxsi əşyalarını göstərmək tələb olunub.

Bundan əvvəl Seneqal millisinin üzvləri asfaltda yoxlanılıb: ABŞ sərhəd rəsmiləri onları ayaqqabılarını çıxarmağa və çantalarını içəri çevirməyə məcbur ediblər. Oyunçular da daxil olmaqla, hər kəs ölkəyə buraxılmazdan əvvəl hərtərəfli yoxlanılıb.

2026-cı il Dünya Kubokunun qrup mərhələsində Braziliya seçməsi Mərakeş, Haiti və Şotlandiya ilə oynayacaq.

Həmin kateqoriyadan