- Baxış sayı: 52
- 09 İyun 2026 16:10
- Baxış sayı: 9
- İyun 12, 2026
- 0

Milli antidopinq agentliyi tərəfindən qoşaçarxçılar üçün antidopinq mövzusunda maarifləndirici məşğələ keçirilib.
Allsport.az saytı xəbər verir ki, seminar çərçivəsində iştirakçılara qadağan edilmiş siyahı, dopinq nəzarəti qaydaları, idmançıların hüquq və vəzifələri, eləcə də 2027-ci ildən qüvvəyə minəcək yeni Ümumdünya antidopinq məcəlləsinin əsas müddəaları barədə ətraflı məlumat verilib.
İnteraktiv müzakirələr və sual-cavab sessiyası ilə müşayiət olunan tədbirin məqsədi idmançıların antidopinq sahəsində məlumatlılığını artırmaq, qayda pozuntularının qarşısının alınmasına töhfə vermək və təmiz, ədalətli rəqabət mühitini təşviq etmək olub.