Bu gün Dünya Kuboku başlayır

Tarixdə ilk dəfə üç ölkənin – ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi futbol üzrə dünya çempionatı bu gün başlayır. Allsport.az saytı xəbər verir ki, mundialın açılış oyununda “A” qrupunda Meksika və Cənubi Afrika Respublikası üz-üzə gələcək. Mexikoda “Asteka” stadionunda görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Matçı braziliyalı referisi Vilton Sampayu idarə edəcək.

İlk dəfə 48 komandanın iştirakı ilə keçiriləcək Dünya Kuboku üçün ümumilikdə 1248 futbolçu sifariş edilib. Kabo-Verde, Kurasao, İordaniya və Özbəkistan milliləri ilk dəfə iştirak edəcəklər. Mundialda 104 oyun olacaq. Bunların 78-nə ABŞ-də baş tutacaq.

24 il sonra yenidən dünya çempionatına vəsiqə qazanan Türkiyənin çıxışını azərbaycanlı futbol azarkeşləri də maraqla gözləyir. “Ay-ulduzlular” “D” qrupunda ilk görüşünü iyunun 14-də Bakı vaxtı ilə saat 08:00-da Avstraliyaya qarşı keçirəcək.

Dünya Kuboku iyulun 19-da bitəcək. Son qalib Qətərdə kuboku başı üzərinə qaldıran Argentina futbolçularıdır.

“A” qrupu: Meksika, Cənubi Afrika Respublikası, Koreya, Çex Respublikası
“B” qrupu: Kanada, Qətər, İsveçrə, Bosniya və Hersoqovina
“C” qrupu: Braziliya, Mərakeş, Haiti, Şotlandiya
“D” qrupu: ABŞ, Paraqvay, Avstraliya, Türkiyə

“E” qrupu: Almaniya, Kurasao, Fil Dişi Sahili, Ekvador
“F” qrupu: Niderland, Yaponiya, İsveç, Tunis
“G” qrupu: Belçika, Misir, İran, Yeni Zelandiya
“H” qrupu: İspaniya, Kabo Verde, Səudiyyə Ərəbistanı, Uruqvay

“I” qrupu: Fransa, Seneqal, Norveç, İraq
“J” qrupu: Argentina, Əlcəzair, Avstriya, İordaniya
“K” qrupu: Portuqaliya, Konqo Demokratik Respublikası, Özbəkistan, Kolumbiya
“L” qrupu: İngiltərə, Xorvatiya, Panama, Qana

Həmin kateqoriyadan