- Baxış sayı: 56
- 10 İyun 2026 19:40
- Baxış sayı: 47
- İyun 11, 2026
- 0

Bu dəfə Azərbaycan badminton federasiyası Dünya badminton federasiyası və Afrika badminton konfederasiyası ilə sıx əməkdaşlıq çərçivəsində Ruanda badminton federasiyasını oyun ağacı, volan və digər zəruri idman ləvazimatları ilə təmin edib.
Allsport.az saytı xəbər verir ki, layihənin məqsədi sosial məsuliyyət çərçivəsində Afrika ölkələrində badmintonun inkişafına töhfə vermək və bu idman növünün kütləviliyini artırmaqdır.
Ruanda badminton federasiyası azərbaycanlı həmkarlarına ünvanladığı rəsmi məktubda göstərilən dəstəyə görə təşəkkürünü ifadə edib. Məktubda qeyd olunub ki, təqdim olunan yardım ölkədə badminton üzrə ilk çempionatın uğurla təşkil edilməsində mühüm rol oynayıb.
Bundan əlavə, Ruanda badminton federasiyası Azərbaycan badminton federasiyası ilə uzunmüddətli tərəfdaşlıq qurmaq niyyətində olduğunu bildirib. Məqsəd Azərbaycanın badminton sahəsindəki təcrübəsindən faydalanmaq, Ruandada bu idman növünü daha da inkişaf etdirmək və gələcəkdə beynəlxalq səviyyədə rəqabət apara biləcək idmançılar yetişdirməkdir.