- Baxış sayı: 60
- 06 Noyabr 2026 23:58
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

“Real” rəsmi olaraq Joze Mourinyunu baş məşqçi təyin etdiyini açıqlayıb. Allsport.az saytı xəbər verir ki, 63 yaşlı mütəxəssisin Madrid klubu ilə müqaviləsi 3 mövsümdür və 30 iyun 2029-cu ildə başa çatır.
Portuqaliyalı mütəxəssis komandaya 13 iyulda, mövsümöncəsi məşqlərin başladığı gün qoşulacaq. “Qalaktikos”un Mourinyonun transfer bəndi üzrə “Benfika”ya 15 milyon avro ödədiyi açıqlanmışdı.
O, 2010-cu ildən 2013-cü ilə qədər “Real”ı çalışdırıb, İspaniya liqasını, İspaniya kubokunu və İspaniya super kubokunu qazandırıb.