Lənkəran və Astarada güləş zallarına baxış keçirilib

Azərbaycan güləş federasiyasının (AGF) baş katibi Pərvin Piriyev və vitse-prezident Namiq Abdullayev bölgələrdə bu idman növünün inkişafı istiqamətində görülən işlər çərçivəsində Lənkəran və Astarada olublar. Allsport.az saytı xəbər verir ki, səfər zamanı güləş zallarına baxış keçirilib, zalların maddi-texniki şərait və məşq durumu ilə yaxından tanış olunub. Federasiya rəsmiləri məşqçilərlə mövcud çatışmamazlıqlar və gələcək planlarla bağlı fikir mübadiləsi aparıblar.

Görüşlərdə idmançıların hazırlıq şəraitinin daha da yaxşılaşdırılması, güləş zallarının zəruri inventarla, o cümlədən güləş xalçalarıyla təmin olunması, yeni məşq məkanlarının yaradılması, eləcə də regionlarda güləşin inkişafına dəstək göstərə biləcək sponsorların cəlb edilməsi məsələləri geniş müzakirə olunub. Məşqçilər tərəfindən səsləndirilən təklif və təşəbbüslər diqqətlə dinlənilib, mövcud ehtiyacların mərhələli şəkildə həlli istiqamətində fikir mübadiləsi aparılıb.

AGF bölgələrdə güləşin inkişafı, idmançıların hazırlıq səviyyəsinin yüksəldilməsi və məşq prosesinin keyfiyyətinin artırılması məqsədilə regionlarda infrastruktur layihələrinin icrasına davam edəcək.

Həmin kateqoriyadan