Dünya korporativ oyunlarının qalibi olan SOCAR-ın komandası ilə görüş

ARDNŞ-in prezidenti Rövşən Nəcəf, Mərakeşin Kasablanka şəhərində keçirilən-cü Dünya korporativ oyunlarının qalibi olan SOCAR-ın minifutbol komandası ilə görüşüb. Allsport.az saytı xəbər verir ki, söhbət zamanı o, ölkəmizi layiqincə təmsil edən komanda üzvlərini ürəkdən təbrik edib.

SOCAR prezidenti 54 komandanın iştirak etdiyi turniri məğlubiyyətsiz başa vuraraq Dünya korporativ oyunlarının vahid liqa formatında qalibi olan, ilk Azərbaycan komandası kimi tarixə düşən SOCAR komandasının nəticəsini yüksək qiymətləndirib.

Rövşən Nəcəf bu uğurun peşəkarlığın, intizamlı oyunun, əzmkarlığın və güclü komanda ruhunun parlaq nümunəsi olduğunu vurğulayıb.

Həmin kateqoriyadan