Kapoeyra üzrə ölkə çempionatı

Allsport.az saytı xəbər verir ki, 2 gün davam edən yarışda Bakı ilə yanaşı, respublikanın müxtəlif bölgələrini təmsil edən 200-ə yaxın idmançı fərdi mübarizədə birincilik uğrunda qüvvəsini sınayıb. Çempionatda uşaq, yeniyetmə, gənclər və böyüklər kateqoriyaları üzrə ölkənin ən güclü kapoeyra ustaları müəyyənləşdirilib.

Turnirin ən yaddaqalan və qürurverici məqamlarından biri çempionat çərçivəsində təşkil olunan “Kapoeyra hamı üçün” inklüziv qrup yarışması olub. Bu xüsusi mərhələdə həssas qruplara aid olan və müxtəlif diaqnozlu şəxslər böyük əzmkarlıq nümayiş etdirərək çıxış ediblər. 

Çempionatın idman nəticələrinə əsasən, “A” qruplarında qalib olan idmançılar növbəti il ölkəmizi beynəlxalq arenalarda təmsil edəcək milli yığma komandanın heyətinin formalaşdırılmasında əsas namizədlər sırasında yer alacaqlar.

Həmin kateqoriyadan