İlham Zəkiyev bizə daha bir qızıl medal qazandırdı

Bu gün Avropa Oyunları çərçivəsində növbəti cüdo yarışları baş tutub. Allsport.az xəbər verir ki, cüdoçularımızın əksəri mübarizəni elə ilk döyüşdəcə dayandırmalı olub.

Belə ki, Rüstəm Orucov (73 kq), Xanım Hüseynova, Nuriyə Axundova (63 kq), Validə Mirzəzadə və Nərgiz İbrahimova (70 kq) Avropa Oyunlarında uğursuz çıxış etdi.

Paralimpiyaçı cüdoçuların yarışında isə İlham Zəkiyev (+90 kq) qızıl medal qazanıb. Səbinə Abdullayeva (57 kq) yalnız finalda uduzaraq, turnirin gümüş mükafatına sahib çıxıb. Zakir Mislimov (+90 kq) isə bürünc medalla kifayətlənməli olub.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish